Erməni hüquqşünas dələduzluqla 7 milyon manat QAZANDI – FOTO

Rusiyada erməni hüquqşünas dələduzluqda ittiham olunur.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Kazanda Aram Bagiyan adlı erməni hüquqşünas uydurma qaraçılar üçün analıq kapitalını nağdlaşdırıb və bundan 330 milyon rubl (təxm. 7 milyon man) qazanıb.

Vəkil Bağiyan və onun şəriki sadə bir sxem üzrə qaraçı qadınları tapıblar.
Mütəşəkkil cinayətkar dəstənin üzvləri qeydiyyat şöbəsinə gedib və orada qaraçı qadının onların iştirakı ilə uşaq dünyaya gətirdiyini bildiriblər.
Sonra Aram istehlak kooperativləri vasitəsilə yalançı qadınlara torpaq almaq üçün verilən kreditləri pula çevirib.

Ümumilikdə, ölkənin 59 bölgəsində 708 uydurma “qaraçı balası” bu şəkildə “doğulub” və onlar Aramın və digər silahdaşlarını 7 milyon manat varlandırıblar.

İş üzrə bütün təqsirləndirilən şəxslər CM-nin “Ödənişlərin alınması zamanı fırıldaqçılıq” maddəsi ilə ittiham olunurlar. Bunun üçün maksimum cəza 6 ilə qədər həbsdir.

Xuraman Etibarlı

COP29