Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Erməni idmançılar Bakıda

Reklam: High Technic

Mayın 24-26-da Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

Yenicag.az xəbər verir ki, üç gün davam edəcək çempionatda aerobika gimnastları medallar uğrunda mübarizə apararaq, öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.

Böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar.

22 ölkədən gimnastların çıxış edəcəyi çempionata əslən erməni olan idmançılar da qatılacaqlar. Bunlar Rusiyanı təmsil edən və bacı-qardaş olan Qarsevan və Duxik Canazyanlardır.

Qeyd edək ki, “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan təhlükəsizliyi bəhanə edərək Bakıda keçiriləcək Avropa Liqasının finalında oynamaqdan imtina edib. Baxmayaraq ki, Azərbaycan tərəfi futbolçunun təhlükəsizliyinə tam təminat vermişdi.

Emin

www.yenicag.az

2531