Erməni mahnısı oxuyan Aytac: “Bu söhbəti ortaya atanlar…” – VİDEO

Müğənni Aytac Vidadiqızı erməni mahnısı ifa etməsinə aydınlıq gətirib.

Yenicag.az-a açıqlamasında o, özünə haqq qazandırıb:

“Mən bu mahnını dörd il əvvəl oxumuşam. Başa düşmürəm ki, indi niyə müzakirə olunur? Bu söhbəti ortaya atanlar, məni istəməyənlərdi. Özü də bu mahnını məndən başqa oxuyan müğənnilər də var. Heç onların adını çəkən yoxdur, amma mənim adım hallanır. Elton Hüseynəliyev də bu mahnını oxuyub. Qaldı ki, mahnının erməni musiqisi olmasına. Elə deyirlər, amma bu məni maraqlandırmır. Ermənilər bizim mahnılarımızı oğurlayıb öz adlarına çıxırlar. Mən də bu mahnını elə öz mahnımız kimi oxumuşam. Xoşuma gəldi, sözlərini dəyişib oxudum. Bütün ladlar bizə məxsusdur”.

Qeyd edək ki, Aytac tanınmış müğənni Vidadi Bərdəlinin qızıdır.

Xatırladaq ki, azxeber.com saytı Aytacın repertuarına daxil etdiyi “Balam” adlı mahnının erməni musiqinin plaqiatı olduğunu bildirib. Mahnının original versiyası 4 il bundan əvvəl erməni müğənni Vaçe Amaryan tərəfindən ifa edilib.

Cəvahir
Yenicag.az

 

COP29