!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni mediası Bakı Qlobal Forumundan yazdı - Ermənistanı suçladı

!Reklam – Yazi

“Rusiya ilə Qərb arasındakı gərginlik pik həddinə çatıb. Moskvaya qarşı yeni, daha ağır sanksiyalar qüvəyə minib. Azərbaycan isə öz növbəsində diplomatik və hərbi həmlələrini gücləndirməkdədir”.

Sitat Ermənistanın “Armenianreport” saytının Bakıda keçirilən VI Qlobal Foruma həsr olunan yazısındandır.

Belə ki, Bakı VI Qlobal forumunda prezident İlham Əliyevin sərt bəyanatı və forumda iştirak edən dünyanın tanınmış siyasətçilərinin Azərbaycanın haqlı mövqeyinə verdikləri dəstək ermənilərin “kürkünə birə salıb”.

Erməni mətbuatı sözün əsl mənasında həyacan təbili çalmaqdadır. Hətta erməni rejiminə yaxın olan ekspert və politoloqlar belə İrəvanın geosoyasi müstəvidə rüsvay olduğunu, erməni dövlətinin gələcək mövcudluğunun təhlükə altında olduğunu bildirirlər. Nüfuzlu erməni agentliyi “Armenianreport”un analitiki Qraçya Qalustayan son məqaləsində Ermənistanı “ölüm astanasında olan orqanizm”ə bənzədərək separatçı hakimiyyəti satqınlıqda günahlandırıb.

Erməni müəllif Rusiyanı açıq şəkildə ittiham edərək onu “batan gəmiyə” bənzədib.

“Qərbin Rusiyaya təzyiqləri bu ölkəni çökdürür. Rusiya ilə bərabər Ermənistanı da məhv olmaq təhlükəsi gözləyir. Putin Rusiyası açıq şəkildə Azərbaycanı silahlandırmaqla bizə düşmən olduğunu göstərir. Rusiyanan protektoratında olan Ermənistan həmçinin Qərb dünyası tərəfindən də qəbul edilmir. Son illər Azərbaycanın xarici siyasətinin analizi isə onu göstərir ki, rəsmi Bakı həm Qərb, həm də Rusiya üçün daha əhəmiyyətli siyasi-iqtisadi tərəfdaşdır və regionda baş verən bütün geosiyasi proseslər Ermənistanın “çıxdaş” bir ölkəyə çevrildiyini gözlər önünə sərir. Belə olan halda hakimiyyətdəki qanlı Qarabağ xuntası ölkəmizi hara aparır?”, – deyə tanınmış erməni analitik yazır.

Xatırladırıq ki, son vaxtlar erməni mətbuatının səhifələri bu tip yazılarla doludur və əksər ekspertlər Ermənistan rəhbərliyinin yürütdüyü siyasətin özünüməhvə apardığını açıq şəkildə bəyan edirlər.

www.yenicag.az

2200
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv