!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni müxalifətçi Bakıda Sarkisyan rejimini ifşa edir – Fotolar

!Reklam – Yazi

12033668_1026404140726761_1033680171_n“Cinayətkar Sarkisyan rejiminə görə ölkəmizdən qaçıb Azərbaycana gəlmişik”

Bu fikirləri Sarkisyan rejiminin təzyiqlərindən qaçaraq Azərbaycana sığınan Ermənistanın müxalif “Milli azadlıq hərəkatı” ictimai birliyinin rəhbəri Vahan Martirosyan bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Erməni müxalifətçi bildirib ki, o və ailəsi Azərbaycanda mehribanlıqla qarşılanıb: “Azərbaycan məni mehribanlıqla qarşıladı. Burada mənə və ailəmə qarşı heç bir təzyiq göstərilmir. Mən Ermənistanda cinayətkar Sarkisyan rejiminə qarşı mübarizə apardığım üçün təzyiqlərə məruz qalırdım. Odur ki, Sarkisyanın adamları məni və ailəmi döyüb, təhqir ediblər”.

V.Martirosyanın fikrincə, Dağlıq Qarabağ Ermənistan tərəfindən yaradılan süni problemdir. Bundan əlavə erməni müxalifətçi diqqətə çatdırıb ki, Sarkisyan xarici təşkilatlardan pul dilənir.

“Sarkisyan öz rejiminin müddətini artırmaq üçün Avropa Komissirına 10 milyon dollar rüşvətverməyə hazırdır”.

Erməni fəal daha sonra diqqətə çatdırıb ki, Suriya və İraqda müharibə başlayandan bəri Ermənistana 10-15 min erməni gəlib: “Dövlət onları aldadıb, köçkünlərə yaşayış yeri vermək əvəzinə, əlində olanları da alıb, küçələrə salıb. Ona görə də Ermənistan və Qarabağa köçürülən qaçqınların böyük əksəriyyəti gəldikləri ölkələrə qayıdıblar. Suriyadan gələn bəzi tertorçular isə Qarabağda yerləşdirilib”.

V.Martirosyanın dediyinə görə, Ermənistanda normal müxalifət yoxdur. Əsl müxalifət 2008-ci ildə öldürülüb. Hazırda müxalifət ölkənin Prezident Administrasiyası tərəfindən idarə olunur.

Onun sözlərinə görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan sadəcə bir fiqurdur. O. heç bir qərar qəbul etmək iqtidarında deyil.

“Ermənistan ordusu korrupsiya içində üzür. Ölkədə hamı bu qurumda hansı vəzifənin neçəyə olduğunu yaxşı bilir. Hətta 100 dollar verməklə istənilən şəxs, Ermənistan hərbi hissələrindən “Kolaşnikov” tipli avtomatı çox rahatlıqla ala bilər”(azvision).

www.yenicag.az

1018
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv