!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni narkomafiyasında Sarkisyanın rolu… – Araşdırma

!Reklam – Yazi

sarkoAyrapetyanın Ermənistandakı şərikləri arasında kimlər var?

 Bir neçə gün öncə Rusiya Federal Təhlükəsixlik Xidməti (FTX) Moskva şəhərində erməni diasporasının dünya üzrə ən varlı nümayəndəsi olan milyarder Levon Ayrapetyanı həbs edib. Moskvanın Basman məhkəməsinin qərarına əsasən, Monakodan gələrkən «Domodedovo» hava limanında həbs olunan Ayrapetyan sifarişli qətllərin, narkobiznesin, neft satışında saxtakarlığın, cinayətkar silahlı qruplaşmalara rəhbərlik etməklə cinayət hadisələrini həyata keçirməkdə günahlandırılır.

«Panarmenian» saytının məlumatına əsasən, L.Ayrapetyan qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin əldə olunmasında (silah və sürsatla təchizatı və s.) və Osmanlı İmperiyası tərəfindən erməni soyqırımının həyata keçirilməsinin dünya səviyyəsində tanınması məqsədilə lobbiçilik fəaliyyətini maliyyələşdirən şəxsdir. «Rosbalt»ın yazdığına görə, bu istiqamətdə lobbiçilik fəaliyyətini aparan Ayrapetyan hətta ABŞ prezidenti Barak Obama ilə də görüşməyə nail olub. Nüfuzlu erməni milyarderi RF XİN rəhbəri Lavrova isə həmişə ərklə «sınok» deyə müraciət edir.

Məlumata əsasən, L.Ayrapetyan Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində narkoplantasiyaların salınmasına, becərilməsinə və xarici ölkələrdə satışının həyata keçirilməsini təmin edir. Məlumatda Ayrapetyanın Ermənistan üzrə narko-biznes şəriklərinin qondarma «Dağlıq Qarabağ»ın prezidenti Bako Saakyan və Ermənistan Respublikasının prezidenti Serj Sarkisyan olduğu bildirilib. Serj Sarkisyan və Bako Saakyan isə narko-ticarəti ordu rəhbərliyinin vasitəsilə həyata keçirir.

Ermənistan-İran narkotrafikası

Ayrapetyanın Ermənistandakı narkotika biznesinə bilavasitə ölkə başçısı S.Sarkisyanın nəzarət etdiyi birmənalıdır. Bunu, səfalət içində çabalayan bütün erməni xalqı deyir. S.Sarkisyan tərəfindən işğal olunmuş ərazilərdə, həmçinin, Zəngəzur (Sünik) vilayətində narkotiklərin yetişdirilməsi və satış trafiklərinin maneəsiz həyata keçirilməsi məqsədilə Suren Xaçaturyan, Budağyan qardaşları və qondarma Dağlıq Qarabağın Respublikasının prezidenti Bako Saakyanın da daxil olduğu komanda yaradılmışdır. Narkotik biznesinə, həmçinin, İran vətəndaşları olan nüfuzlu şəxslərin daxil olduğu bildirilir.

Ümumi anlaşma əsasında, iranlılarla birlikdə işğal altında olan Dağlıq Qarabağ ərazilərində narkotiklərin becərilməsi istiqamətində Bako Saakyandan razılıq alınmışdır. Dağlıq Qarabağda becərilən narkotika sahələrinin təhlükəsizliyi, İran vətəndaşlarının qeyri-leqal yolla Qarabağ ərazisinə gətirilməsi və onlar tərəfindən narkotika sahələrinə aqrotexniki qulluq məsələləri, onların müşayət edilməsi, eləcə də, yetişdirilmiş narkotikanın daşınması prosesinə isə, hazırkı 4-cü Əsgəran alayının komandiri polkovnik Artak Budağyanın nəzarət etdiyi bildirilir.
Məlumata görə, Suren Xaçaturyan Sarkisyanın təqdimatı əsasında Ayrapetyan tərəfindən Zəngəzur (Sünik) vilayətinin rəhbəri təyin edildikdən sonra İran İslam Respublikasında narkotika ticarəti üzrə danışıqlar aparmış, iranlıların maneəsiz olaraq Ermənistana gəlməsini təmin etmiş və İran vətəndaşları ilə birlikdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində narkotik istehsal edilməsinə nail olmuşdur. Hazırda Ayrapetyanın Ermənistandakı narkotik biznesi 2 istiqamət üzrə – İran İslam Respublikası ərazisindən Orta-Asiya və Uzaq Şərqə; Gürcüstan Respublikası ərazisindən Rusiya-Avropa və Türkiyə-Avropa marşrut üzrə xaricə daşınma trafikini həyata keçirir.

Narkobaronlar arasında «razborka»

Ermənistan mətbuatı Ayrapetyanın rəhbərlik etdiyi narkomafiyanın üzvləri arasında baş vermiş insident barədə də faktlar təqdim edib. Belə ki, ötən ilin iyul ayında Ermənistanın Gorus rayonunda yerləşən bağ evlərindən birində toplaşan Ermənistandakı narkomafiyanın üzvləri, Sünik vilayətinin qubernatoru Suren Xaçatryan, oğlu Tiqran Xaçatryan, Gorus şəhərinin meri vəzifəsinə namizəd olmuş, 1970-ci il təvəllüdlü Avetik Budağyan və Dağlıq Qarabağdakı 4-cü müdafiə alayının, 34153 saylı hərbi hissə komandiri, 1971-ci il təvəllüdlü polkovnik Artak Budağyan arasındakı «razborka» atışma ilə yekunlaşıb. Nəticədə Avetik Budağyan qətlə yetirilmiş, polkovnik Artak Budağyan və Zəngəzur (Sünik) vilayəti qubernatorunun cangüdəni, 1975-ci il təvəllüdlü Nikolay Abramyan ağır yalanmışdı. Baş vermiş cinayət hadisəsi üzrə, Sünik vilayəti qubernatoru Suren Xaçatryanın oğlu Tiqran Xaçatryan və onun cangüdəni Zarzand Nikoqosyanın həbs edilərək barələrində cinayət işi açıldığı qeyd olunsa da, hökumət hadisənin baş vermə təfərrüatlarını ictimaiyyətdən gizlətməyə çalışır.

Məlumata əsasən, cinayət baş verən gün – iyun ayının 2-də, polkovnik Artak Budağyan Zəngəzur (Sünik) vilayəti qubernatoru Suren Xaçaturyanla telefon əlaqəsi yaradaraq, narkobiznesdən əldə olunmuş gəlirlərin pay bölgüsünün düzgün aparılmaması barədə ona xəbərdarlıq edib. Bundan qəzəblənən Suren Xaçatryan polkovnikin ünvanına təhqiramiz ifadələr səsləndirməklə yanaşı onu bağ evinə “razborka”ya dəvət edib. Axşam saatlarında polkovnik Artak Budağyan xidmət etdiyi qarnizonu icazəsiz tərk edərək qardaşı Avetik Budağyanla birlikdə Sünik vilayəti qubernatorunun bağ evinə gəlib. Polkovnik və qardaşı bağa daxil olanda orada Qondarma «DQR»nın prezidenti Bako Saakyanın da olduğunu görüblər.

“Razborka” zamanı Suren Xaçatryan polkovnik və qardaşına narkobiznesdən əldə olunan gəlirlərdə, qondarma DQR-nın prezidenti Bako Saakyanla bərabər Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanın pay sahibi, milyonçu Levon Ayrapetyanın isə əsas pay sahibi olduğunu xatırladıb. Lakin polkovnik bütün deyilənlərə rəğmən qubernatora daha çox pay düşdüyünü iddia edərək Suren Xaçaturyanla razılaşmayıb. Aralarındakı maliyyə probleminin həlli daha da gərgin hal aldığından, Budağyan qardaşları Bako Saakyanın qalmaqallı işdə adının hallanmaması məqsədilə ona, məclisi tərk etməsini məsləhət görüblər. B.Saakyanı yola saldıqdan sonra, Budağyan qardaşları yenidən Suren Xaçaturyanın evinə, yarımçıq qalmış mübahisəli məsələni davam etdirmək məqsədilə qayıdıblar. Bu zaman, ortaq məxrəcə gəlmək mümkün olmadığından silahlı insident baş verib. Hadisə nəticəsində, Suren Xaçatryanın oğlu Tiqran Xaçatryan və cangüdəni Zarzand Nikoqosyan tərəfindən açılan atəşlər nəticəsində, Avetik Budağyan öldürülmüş, polkovnik Artak Budağyan isə ağır yaralanmışdır.

Bundan sonra ölkə başçısı Serj Sarkisyan narkobiznesdən əldə olunan gəlirlərdə özünün də payçı olmasını və qalmaqallı insindentdə adının hallanmasını ört-basdır etmək məqsədilə ölkə qanunlarına zidd qərar qəbul etmişdir. Beləki, ölkə başçısı Serj Sarkisyanın göstərişi ilə hüquq mühafizə orqanları, 07.09.2013-cü il tarixində müəmmalı qərar çıxarmış, cinayətdə iştirak etmiş şəxsləri – Zəngəzur (Sünik) vilayəti qubernatorunun oğlu Tiqran Xaçatryan və onun cangüdəni Zarzand Nikoqosyan barəsindəki cinayət işinə xitam verilmiş və onlar azadlığa buraxılmışlar.

Bu fakt isə Ayrapetyan tərəfindən idarə olunan Ermənistandakı narkomafiyasının başında prezident S.Sarkisyanın durmasını və ümumi nəzarətin onun əlində olmasını bir daha təsdiqləyir.

 Telman Qasımov

KarabakhİNFO.com

www.yenicag.az

733
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv