Erməni nəşri Paşinyanı təxribatçı adlandırdı

Paşinyan Azərbaycanın tələblərini yerinə yetirməkdən imtina edərək yeni müharibəyə zəmin yaradır.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” yazıb.

Erməni nəşri açıq şəkildə Nikol Paşinyanı yeni müharibənin təxribatçısı adlandırıb:

“Sülh gündəminin təşəbbüskarı olduğunu deyən Paşinyan, əslində, müharibəni qızışdırır. O, 2020-ci ildə Qarabağı Ermənistanın bir hissəsi adlandıraraq müharibəyə səbəb olub. İndi də 44 günlük müharibədə biabırçı məğlubiyyətdən sonra o, düşmən ölkənin rəhbərinə verdiyi şifahi vədləri yerinə yetirməməyə çalışaraq yenidən müharibəni qızışdırır”.

“Hraparak” yazır ki, Paşinyan daim özünü alçaldır, sülh üçün yalvarır:

“100 il əvvəl insanlar əmin idilər ki, sülh naminə alçaldılma müharibəyə gətirib çıxarır”.