Erməni nümayəndə Azərbaycanın bu tələbindən sonra istefa verəcək

Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan istefa verəcək.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd olunub ki, nümayəndə Azərbaycanın düzəliş etdiyi sülh sazişinin 10-cu paketi ilə tanış olduqdan sonra bu qərara gəlib.

Məlumata görə, sülh paketində Ermənistandan müxtəlif beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı bütün iddialardan əl çəkməsi tələb olunub.

“Diplomatik dairələrdəki mənbələrimiz Paşinyan hakimiyyətinin bu tələbləri yerinə yetirməyə hazır olduğunu iddia edir ki, bu da Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyanın qəzəbinə səbəb olub. O, israr edir ki, hazırladığı iddiaları geri götürməyəcək və məzuniyyətdən qayıtmadan istefaya gedəcək”, – məlumatda deyilir./unikal

COP29