Bu gün növbəti dəfə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunub.
Yenicag.az xəbər verir ki, erməniəsilli qadınlardan biri üzərində qondarma rejimin bayrağı əks olunmuş çanta ilə sərhəd-buraxılış məntəqəsinə daxil olub. Sərhədçilərimiz həmin şəxsin bu təxribatçı hərəkətinə irad bildiriblər.
Daha ətraflı Baku TV-nin süjetini təqdim edirik: