Erməni şərhçi Hikmət Mirzəyevin təyinatından yazdı

“General-leytenant Hikmət Mirzəyevin Azərbaycan müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı təyin olunması Ermənistan hakimiyyətində qorxuya səbəb olub”.

Yenicag.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri Baş nazir Nikol Paşinyana yaxınlığı ilə tanınan erməni şərhçi Vahram Atanesyan bildirib.

O qeyd edib ki, rəsmi İrəvan Azərbaycandakı bu təyinatı təhlükəli sayır:

“Həmin təyinatdan sonra Ermənistanda Azərbaycanın “profilaktik zərbələrin endirilməsi” taktikasını aktuallaşdıracağına dair narahatlıqlar yaranıb”.

COP29