Ermənistan vətəndaşı təxminən 2 kiloqram çəkisi olan qızıl zənciri Moskvadan Türkiyəyə aparmağa cəhd edib.
Yenicag.az xəbər verir ki, hadisə Vnukovo hava limanında baş verib. Vnukovo hava limanının gömrükçüləri 32 yaşlı Ermənistan vətəndaşını 9 milyon rubl dəyərində iki kiloqramlıq qızıl zənciri Türkiyəyə aparmaq istəyərkən saxlayıb.
Ekspertiza göstərib ki, zinət əşyası 99,9% qızıldır. Zəncir müsadirə edilib, ermənini 7 il həbs cəzası gözləyir.
Saxlanılan ermənini9n sözlərinə görə, “zəncir 50 min rubla alınmış gündəlik istifadə əşyasıdır”.
“Bununla belə, ekspertiza göstərdi ki, zəncir 999 karatlıq qızıldan hazırlanıb, onun dəyəri 9 milyon rubl təşkil edir”, – nəzarət orqanının mətbuat xidməti bildirib.
Məsimə