“Rəzalətin dərəcəsinə baxın ki, Neft Fondunun 100 milyonlarla vəsaiti (2013-cü ildə 500 milyon dollar) Rusiyanın VTB bankına yatızdırılıb 2.95% səhminə malikdir, Neft Fondunun sədri müşahidə şurasının üzvü olduğu bankın 100% kapitalla sahibi olduğu Ermənistan VTB-si Qarabağda hərbçilərimizi şəhid edənlərin kredit borcunu silib”.
Bunu sabiq deputat Nazim Məmmədov bildirib.
Qeyd edək ki, məsələ ilə bağlı Rusiya saytları Bank VTB-nin erməni bölməsinin mətbuat xidmətinə istinadən xəbər verib. Bildirilir ki, bank aprelin 1-dən 7-dək cəbhədə həlak olan erməni hərbçilərin ailələrinə dərin hüznlə başsağlığı verir və onların mövcud kreditləri üzrə borclarını bağlamağa qərar verib. /AFN.AZ
Xatırladaq ki, VTB Bankın 49% səhmlərinin sahibi “AtaHolding” Şirkətlər Qrupudur. Azpolitika.info saytı isə bildirir ki, ““ATA HOLDİNQ”in yaradıcısi kimi vergilər naziri Fazil Məmmədovun adı çəkilir”.
***
“Bank VTB” aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi
toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə
öhdəliklərini ləğv etməyi planlaşdırmır. Bunu Trend-ə bankın mətbuat xidmətindən deyiblər.
VTB-nin baş ofisindən bildiriblər ki, belə qərar (erməni hərbçilərin ailələrinin kredit borcunun
silinməsi barədə) qəbul edilməyib və planlaşdırılmır.
Xatırladaq ki, Ermənistan və Rusiyanın bəzi KİV-ləri Bank VTB-yə (Ermənistan) istinad
edərək bankın aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində
hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri
üzrə öhdəliklərini ləğv edəcəyi barədə məlumat yaymışdılar.