Erməni TƏXRİBATI: 277 mülki obyekt və 1505 yaşayış evi, 66 çoxmərtəbəli bina yararsız hala düşdü

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 mülki şəxs həlak olub, 214 nəfər yaralanıb.

Bundan başqa, 277 mülki obyekt və 1505 yaşayış evi, 66 çoxmərtəbəli yaşayış binası yarasız hala düşüb.