Erməni təxribatı – Bir neçə kənd və döyüş mövqelərimiz atəşə tutuldu

Oktyabrın 29-da axşam saatlarından başlanılmaqla Azərbaycan-Ermənistan dövlət sərhədin­də Ermənistan silahlı qüvvələ­rinin bölmələri Qazax rayonunun bir neçə kəndi və Azərbaycanın sər­həd döyüş mövqeləri istiqamətində atəşkəs rejimini davamlı surətdə pozub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Yenicag.az-a verilən mlumata görə, bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

“Eyni zamanda bildiririk ki, atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulması barədə Ermənistan mətbuatının məlumatları həqiqətə tam ziddir, hərbi qulluqçularımız tərəfindən qarşı tərəfin təxribatına cavab olaraq düşmən mövqelərinə doğru atəş açılıb, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq yaşayış məntəqələri istiqamə­tində və mülki şəxslərə qarşı silah tətbiq olunmayıb”, DSX-dan bildirilib.

COP29