Erməni təxribatları nəticəsində 31 dinc sakin həlak olub – RƏSMİ

Sentyabrın 27-dən oktyabrın 8-i saat 13:00-dək erməni təxribatları nəticəsində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikası açıqlanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, indiyə qədər 31 dinc sakin həlak olub. Yaralanmış dinc sakinlərin sayı 154-dür.

928 ev, 133 mülki obyekt, 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb.