!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni vəhşiliyinin qanlı statistikası – 10 minlərlə ölü, itkin, əlil  

!Reklam – Yazi

1905-1907-ci illərdə azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar başladı. Ermənilərin Azərbaycana qarşı etdiyi vəhşiliklər unudulmazdır.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib.

Bakıda 3 gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edərək, əhalini uşaqdan böyüyədək qətlə yetirdilər.

Şamaxıda 8 minə qədər dinc sakin öldürüldü. Şamaxı Cümə məscidi də daxil olmaqla, əksər mədəniyyət abidələri yandırıldı və uçuruldu.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb və əhalisi məhv edilib.

1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib.

Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv edərək, 3 257 kişi, 2 276 qadın və 2 196 uşağı öldürüblər.
Bütövlükdə bu qəza üzrə 10 068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50 000 azərbaycanlı qaçqın düşüb.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, kəndlər yerlə-yeksan edilib.

Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edərək, 1918-20-ci illərdə Qarabağın dağlıq hissəsində 150 kəndi dağıdaraq, əhalini məhv ediblər.
Rəsmi mənbələrə əsasən, soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, onminlərlə insan itkin düşüb.

Unutma! Unutdurma! Paylaş!

Video Facebook`da

Video Youtube`da

Yeniçağ.Az

www.yenicag.az

718
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv