“Erməni xalqı Paşinyanı dəyişməsə, o, erməni xalqını dəyişəcək” – Aşotyan

Həbsdə olan erməni siyasətçi hazırkı vəziyyətlə bağlı sualları cavablandırıb.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, “Ermənistan” partiyasının sədr müavini Armen Aşotyan Nubaraşen cəzaçəkmə müəssisəsində saxlanılır.

O, jurnalistlərin suallarına cavab verib.

“Paşinyanın etdikləri böyük təxribat aktıdır. Ermənistanın gerbi və himni, dərsliklərdə tariximizin təhrif edilməsi, ordunun nüfuzdan salınması və bir çox başqa hərəkətlər ümumi strateji məqsədi olan erməni kimliyini dəyişdirməkdir.
Nikolun yeritdiyi daha bir dağıdıcı siyasət: dövləti Vətəndən qoparmaq və bu iki əlaqəli dəyərləri qarşı-qarşıya qoymaqdır.
Əgər erməni xalqı Paşinyanı dəyişməsə, deməli o özü də erməni xalqını dəyişəcək.
Bu, acı reallıqdır. Bunun nəticəsində Nikol öz rejimini “əbədiləşdirməyə” ümid edir”, – Aşotyan qeyd edib.

Xuraman Etibarlı

COP29