!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Erməni zindanında səkkiz gün” - Xocalı faciəsinə həsr olunmuş kitab çapdan çıxdı - FOTOLAR

!Reklam – Yazi

Ermənilərin Xocalıda törətdikləri soyqırımın zərərçəkənlərindən olan, 8 gün Ermənistan həbsxanasında saxlanılan və işgəncələrə məruz qalan “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” adlı kitabı işıq üzü görüb. 

Yenicag.az-a açıqlama verən D.Ağayeva kitabda real hadisələrin əks olunduğunu deyib:

“Bundan öncə eyniadlı kitabın rus versiyası çapdan çıxıb. Növbəti kitab Azərbaycan dilindədir. Xocalının sakit vaxtları, adət-ənənələri, faciə və mənim əsirlikdən çıxmağım – bütün bunlar kitabımda yer alıb. Kitab 500 nüsxə çap olunub. Kitab satışa çıxarılacaq, əldə olunan gəlir hesabına yeni nüsxələr çap olunacaq. Kitabın ön sözünü tanınmış jurnalist Aqil Ələsgər yazıb”.

Qeyd edək ki, Dürdanə Ağayeva Xocalı poçt-teleqraf şöbəsində telefonçu işləyərkən 26 fevral 1992-ci ildə erməni terrorçuları tərəfindən əsir alınaraq 8 gün müddətində hər cür işgəncələrə məruz qalıb. O, möcüzə nəticəsində həyatda qalıb və bütün bu hadisələr kitabda əks olunub.

Yaxın günlərdə kitabın təqdimatı keçiriləcək.

Cəvahir

www.yenicag.az

2496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv