Erməniəsilli seçicilər səs verə biləcək?

“Erməniəsilli seçicilər də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə biləcək”.

Yenicag.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

M.Pənahov qeyd edib ki, heç bir seçici arasında fərq qoyulmur:

“Qadınlar, kişilər, xaricdə yaşayanlar, həmçinin Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar da səsvermədə eyni hüquqa malikdir. Birinin digərindən heç bir üstünlüyü yoxdur”.

COP29