Ermənilər 90 mülki şəxsi qətlə yetirdi, 392 nəfəri isə yaraladı

“Tarixdə heç bir vaxt bu kimi cinayətləri törədənlər məsuliyyətdən qaça bilməyiblər. Onlar gec-tez cinayət məsuliyyətinə cəlb olunublar, beynəlxalq tribunal qarşısında cavab veriblər”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bərdədə hadisə yerində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, sentyabrın 27-dən bu günə kimi 90 dinc sakin erməni terrorunun qurbanı olub.