“Qarabağdakı erməni əhalisi arasında daxili parçlanma var, onlar da başa düşür ki, belə yaşamaq olmaz”.
Bu sözləri Qarabağ ətrafında baş verən proseslər, Azərbaycan tərəfinin ekologiya aksiyası, rusların görməzdən gəlmə siyasəti, erməni tərəfinin daban-dabana zidd bəyanatlarını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.
Qabil Hüseynli bildirib ki, Qarabağda yaşayan ermənilər separatçılardan qorxmasa, Azərbaycan vətəndaşlığını dərhal qəbul edərlər:
“Siravi erməni əhalisi separatçıların təzyiqi altındadır. Onların böyük bir qismi Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə qorxudan fikirlərini tam bildirə bilmirlər. Erməni əhalisi arasında kimlər “dözməliyik, dünyaya göstərməliyik” deyirlərsə, onlar Arayik Arutunyanın, Ruben Vardanyanın sözlərini demiş olurlar. Dünyaya nəyi göstərəcəklər? Dünya ərazi bütövlüyümüzü tanıyır. Ortada bir fakt var ki, onlar Azərbaycan ərazisində yaşayırlar, ancaq Azərbaycan konstitusiyasını qəbul etmək istəmirlər. Bunda maraqlı olan bəzi Rusiya və Fransa kimi ölkələr də var.
Hesab edirəm ki, proseslər davam etməlidir. Erməni əhalisi arasında daxili parçlanama var. Ermənilərin içərisində yol açılan kimi çıxıb gedəcək olanların sayı da az deyil. Onlar da başa düşür ki, belə yaşamaq olmaz.
Azərbaycan separatçıları ərazisindən qovmaq üçün hərəkətlərini davam etdirməlidir. Separatçıların burada at oynatmasını həzm edə bilmərik”.
Səxavət Məmməd