Ermənilər atəşkəsi iriçaplı pulemyotlarla pozdular

9
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işğal altında olan Ağdam rayonunun Mərzili, Qaraqaşlı kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Yenicag.az