Ermənilər Azərbaycan torpaqlarında yanğın törədib

Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında növbəti dəfə yanğın törədiblər.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, erməni əsgərlərinin Ağdamın Baş Qərvənd kəndi ərazisində törətdiyi yanğın qoşunların təmas xəttinə çatıb.

Küləyin təsiri nəticəsində alovun əhatə dairəsi getdikcə genişlənərək neytral ərazilərə yayılıb.

Yenicag.az