!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər Azərbaycanın 10 mülki vətəndaşını qətlə yetirib, 30 nəfər yaralanıb

!Reklam – Yazi

Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu Ermənistan ordusunun Azərbaycana qarşı yeni təcavüz aktı ilə əlaqədar birgə bəyanat yayıb.

Yenicag.az xəbər verir ki, bu barədə XİN-də keçirilən mətbuat konfransında məlumat verilib.

“Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atıb. Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq mülki əhaliyə qarşı atəş açıb. Mülki əhali arasında 10 nəfər həlak olub, 30 nəfər yaralanıb”, – birgə bəyanatda vurğulanıb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bu cinayətləri ilə bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun cinayət işləri açılıb:

“Bütün bunlar Ermənistan silahlı qüvvələri tərəfindən törədilən müharibə cinayətidir. Ermənilər məqsədli şəkildə mülki əhalini və obyektləri atəşə tutur. Beynəlxlaq ictimaiyyət Ermənistanın bu cinayət əməllərini pisləməli və onun qarşısını almaq üçün tədbirlər görməlidir”.

 

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv