Ermənilər Azərbaycanın 17 mülki vətəndaşını qətlə yetirib – Yaralananlar var

Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 17 nəfər mülki şəxs həlak olub. Daha 51 nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O bildirib ki, dövlət və özəl mülkiyyətə zərər dəyib.