Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Ermənilər Azərbaycanın döyüş məntəqəsini snayper atəşinə tutdu - Cavab atəşi ilə susduruldu - FOTO

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Bu barədə Yenicag.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, avqustun 29-da saat 18:30-da Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Şavarşavan kəndi yaxınlığındakı döyüş mövqeyindən Qazax rayonunun Fərəhli kəndi istiqamətindəki Azərbaycanın sərhəd döyüş məntəqəsi snayper atəşinə tutulub, nəticədə arxa istiqamətdə təminat yolunda hərəkət edən hərbi yük nəqliyyat vasitəsi atəşə məruz qalıb, hərbi qulluqçular arasında xəsarət alma halı olmayıb.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.

www.yenicag.az

4165