Ermənilər beynəlxalq qanunları pozaraq xəstəxananı hədəf alıb – Ombudsman

“Ermənistan bu dəfə də öz təcavüzkar və işğalçı siyasətinə davam edərək Cenevrə konvensiyasının 18-ci maddəsini kobud şəkildə pozub. Ötən gün Tovuzun Mərkəzi Xəstəxanasını hədəf alıb”.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva bildirib.

O, bildirib ki, konvensiyanın həmin maddəsində münaqişə tərəflərinin heç bir halda mülki yaşayış yerlərini, xəstəxanaları hədəf almamaları qeyd olunub.

“Heş bir halda münaqişə tərəfləri insanların toplandığı yerə mərmi atmamalı, artilleriya atəşinə tutmamalıdır. Əfsus ki, Ermənistan bu dəfə də beynəlxalq qanunları pozub və hazırda biz bunu müşahidə edirik. Buna qəti etiraz edirik və bu haqda qısa vaxtda müvafiq beynəlxalq qurumları məlumatlandıracağıq”.