İşğal altında olan Azərbaycan torpaqlarının təbii sərvətlərini ermənilərin taladığı heç kimə sirr deyil.
Bundan əlavə, ermənilər Qarabağın münbit torpaqlarında narkotik vasitələr də yetişdirirlər. Nəzarətsiz ərazilərdə plantasiyaların salındığı haqqında əlimizdə dəqiq məlumatlar var. Belə ki, iqtisadi çətinliyi aradan qaldırmaq üçün Ermənistan tərəfi narkotik vasitələri becərir və onu dünya bazarına çıxarırlar. Əldə olun gəlirlər isə müxtəlif fondlar vasitəsi ilə Ermənistana yönləndirilir.
Ümumiyyətlə, Dağlıq Qarabağın işğal edilməsi, nəzarətsiz əraziləri narkotrafik halına gətirib çıxarıb.
Yenicag.az-ın əldə etdiyi dəqiq məlumatlara görə, hazırda Cəbrayıl rayonu ərazisində geniş narkotik plantasiyaları salınıb.
Cəbrayıl rayonunun Quycaq, Şəybəy, Mahmudlu kəndləri narkotik plantasiyası kimi istifadə edilir.
Cəbrayıl rayonunun adı çəkilən kəndlərində narkotik plantasiyasının salınmasına səbəb torpağın əlverişli olmasıdır. Belə ki, həmin kəndlərin torpaqları çay qırağında yerləşir və həmin torpaqlar qumlu və şirəlidir. Qumlu və şirəli torpaq isə narkotik tərkibli bitkilərin yetişdirilməsi üçün əsl cənnət sayılır.
Narkotik plantasiyalarında işləmək üçün Əfqanıstandan mütəxəssislər gətirilib. Həmin mütəxəssislər plantasiyalarda narkotik bitkilərin yetişdirilməsinə nəzarət edirlər.
Plantasiyadan yığılan mal, xammal kimi satışa çıxarılmır. Narkotik plantasiyasından əldə edilən xammal elə Cəbrayıl rayonu ərazisində emal edilir.
Ermənilər Cəbrayıl rayonunun Quycaq kəndində xəstəxana inşa ediblər. Sual olunacaq ki, xəstəxananın bu məsələ ilə nə əlaqəsi var? Var! Ermənilərin tikdirdiyi xəstəxana əslində tibb müəssəsi kimi yox, narkotik vasitələrin emalını və tərkibinin zənginləşdirilməsini həyata keçirir.
Cəbrayıl ərazisindən əlavə, Qubadlı və Zəngilan rayonları ərazisində də narkotik plantasiyaları mövcuddur.
“Narkotik vasitələrin əsas satıldığı yerlərdən biri İran İslam Respublikasıdır.
Belə ki, Qubadlı və Zəngilandan İranın içərilərinə nüfuz edən narkotik maddələrin aylıq həcmi 20,5 kiloqramdır”. (Tehran. “Sepah- e- Pastaran” bulleteni, 2002-ci il, səh 12, № 4)
Son zamanlar Cəbrayıl rayonunun 3 kəndində salınmış plantasiyalardan başqa, Zəngilanın nəzarətsiz qalan 707 kv.km ərazisinin 141 hektar, Qubadlının 210, Füzui rayonunun 176 hektar sahəsində narkotik maddə əkilir”. (İlami Həsən: “Tədqiqat və axtarış” kitabı, Tehran, 2000, səh 36)
Dağlıq Qarabağın nəzarətsiz qalan ərazisində salınmış narkotik plantasiyaların mühafizəsini isə Ermənistan ordusunun hərbçiləri qoruyur.
Səxavət Məmməd