!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənilər bu silahı tətbiq etməyə qorxurlar”- Hərbi ekspert

!Reklam – Yazi

Bir sıra erməni mətbuatı Azərbaycanın yeni əldə etdiyi hərbi hava hücumundan müdafiə sistemlərinin “İsgəndər” zenit-raket komplekslərinə qarşı zəif vasitə kimi qiymətləndirib.

Məsələ ilə bağlı Yeniçağ.Az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov deyib ki, ermənilərin açıqladığı “İsgəndər” zenit-raket kompleksləri Rusiyaya məxsusdur. Onun sözlərinə görə, Rusiya heç bir halda bu raketlərdən istifadə etməz:

“Azərbaycanın İsraildən aldığı hava hücumundan müdafiə sistemləri “İsgəndər” raketlərinin qarşısını kəsməyə qadirdir. Onu qeyd edim ki, İsrailin hərbi sənayesi Rusiyadan daha çox irəlidədir. Digər tərəfdən əgər ermənilər bir raket atacaqlarsa, Azərbaycan əvəzində 50 raketlə cavab verəcək. Onlar bunu çox gözəl bilirlər, ona görə də ermənilərin raketlə bağlı söylədikləri həqiqətə uyğun deyil. Bir sözlə, ermənilər bu silahı tətbiq etməyə qorxurlar”.

X. Baxışov deyib ki, Azərbaycan öz hərbi ehtiyatını daim yeni texnologiyaya əsaslanaraq artırır:

“İsrail baş nazirinin səfəri zamanı da hərbi əməkdaşlıqla bağlı sənəd imzalandı. Ona görə də ermənilərin öz hərbi arsenalını artırmaq və yeni silahların guya alınması ilə bağlı informasiyaları həqiqəti əks etdirmir. Bir ölkənin ki, 80-90 % strateji obyektləri Rusiyaya satıla, əhalisi sosial problemlər məngənəsində ola, orada hansı silahlanmadan söhbət gedə bilər? Artıq özləri də Ermənistanın çətin vəziyyətdə olduğunu başa düşürlər”.

BƏXTİYAR
Yeniçağ.Az

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv