!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər daha bir itki verdi

!Reklam – Yazi

sargsyan-visits-militaryAprelin 19-da saat 09.50 radələrində Ermənistan ordusu daha bir itki verib.

Yenicag.az Musavat.com-a istinadən xəbər verir ki, cəbhənin cənub istiqamətində 1996-cı il təvəllüdlü hərbi qulluqçu Gevorgyan Qareqinoviç öldürülüb. Erməni tərəf həbçinin Azərbaycan tərəfdən açılan atəş nəticəsində məhv edildiyini iddia edir. Hələlik Azərbaycan tərəfi məsələyə münasibət bildirməyib.

Yeri gəlmişkən, aprelin 18-də qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərinə səfər edən və hərbçilərlə görüşüb panik vəziyyətdə olan işğalçılara ürək-dirək verməyə çalışan Ermənistan prezidenti Serj Sərkisyan bu gün aprelin ilk günlərində “qəhrəmanlıq göstərmiş” Ermənistan və “Qarabağ ordusu”nun hərbçilərinin mükafatlandırılması barədə sərəncam imzalayıb. Diqqətçəkən budur ki, Sərkisyan tez-tələsik bu addımı Azərbaycan prezidentinin ordumuzun əsgər və zabitlərinə yüksək adlar verilməsi ilə bağlı sərəncam imzalayandan dərhal sonra atıb.

 

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv