Ermənistanda koronavirusa yoluxma sayının artmasına görə, yerli əhali fransız jurnalistləri günahlandırmağa başalayıb.
Yenicag.az xəbər verir ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gələn Fransa jurnalistlərinin COVID-19 yayması ilə bağlı Ermənistanın yerli əhalisi arasında narazı fikirlər formalaşıb. Yerli əhalinin iddialarına görə, Ermənistan və Dağlıq Qarabağa gələn xarici jurnalistlər əsasən koronavirus daşıyıcılarıdır, bu isə müharibə vəziyyətində çətinlik yaradıb.
Ermənilər sosial şəbəkələrdə statuslar yazaraq fransız jurnalistləri Qarabağa gəlməmək üçün xəbərdarlıq edirlər.
Qeyd edək ki, Ermənistanda son sutkada daha 1 058 nəfər COVID-19-a yoluxub. Bununla da yoluxanların sayı 58 624 nəfərə çatıb.