Ermənilər Kəlbəcər girovlarına işgəncə verir

armeniancourt26.02.2015-2Cəbhədəki son hadisələrdən sonra Kəlbəcər girovlarından xəbər tuta bilməyən ailələri onların vəziyyətindən narahatdırlar.

Şahbaz Quliyevin əmisi oğlu Natiq Quliyev AzVision.az-a açıqlamasında girovlara düşmən tərəfindən işgəncə verildiyini bildirib.

“Cəbhə darmadağın olan düşmən heyfini girovlardan çıxır. Şahbazdan xəbər tuta bilmirik. Onun məktubu neçə vaxtdır ailəsinə verilmir. Çox güman ki, onların vəziyyəti yaxşı deyil. Əminəm ki, düşmən girovlara işgəncə verir. Onların sonuncu gorüntülərində vəziyyətlərinin pis olduğunu gördük. Hamımız narahatdıq. Şahbazın sağ olub-olmadığını bilmək istəyirik”,- deyə Natiq Quliyev vurğulayıb.

Kəlbəcər girovu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da atasından xəbər ala bilmədiyini deyib: “Beynəlxalq Qızıl Xaç Komitəsi bir neçə gün əvvək atamgilə baş çəkib. Komitədən mənə bildirdilər ki, cəbhədə vəziyyət gərgindir. Ona görə də, hər iki tərəfdən məktub almaq mümkün olmayıb. Atamın vəziyyətinin yaxşı olduğunu dedilər. Biz buna inanmırıq. Ermənilər onlara işgəncə verməyiblərsə, canlı görüntülərini yaysınlar”.

Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər.

Qondarma “məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.