Ermənilər Laçını tərk edir – FOTOLAR

İkinci Qarabağ müharibəsinin sona çatmasına dair razılaşma şərtlərinə görə, Laçın rayonu dekabrın 1-dən Azərbaycanın nəzarətinə keçəcək. 

Yenicag.az xəbər verir ki, BBC-nin Laçından hazırladığı reportajda bildirilir ki, artıq erməni sakinlər şəhəri tərk edirlər.

Hətta məqalədə şəhər “meri” Narek Aleksanyanın atasının qaçdığı da bildirilir. Kadrlarda onun əşyalarının maşına yığılması əks olunub.

Xatırladaq ki, müqaviləyə əsasən yalnız 5 km enində Laçın koridoru Rusiya sülhməramlıları nəzarəti altında qalacaq.

Loading...