Ermənilər mülki əhalinin yaşadığı Goranboy kəndini hədəfə aldı – FOTO

Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboy rayonunun Meşəli kəndini hədəfə alıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Yenicag.az-a verilən məlumata görə, xüsusi çevik əməliyyat qrupları əraziyə atılan 300 mm 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacıq aşkar edib:

 

“Bu fakt bir daha sübut edir ki, erməni hərbi qrupları davamlı olaraq mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlardan istifadə edirlər”.