“Sərhədlərimizdə 67 yaşlı kişilərin keşik çəkmələri düzgündürmü? ”.
Yenicag.az xəbər verir ki, bunu erməni mediasına separatçı həkim Taron Tonoyan deyib.
O, son hadisələrdə sərhəddə ğldürülənlərin yaşına diqqət çəkib.
“Niyə sərhədlərimizi qoca kişilər qotuyur?
Bütün günü avtobusda oturan, sendviç yeyən, yüksək maaş alan o qədər polis var ki. Onlar niyə İrəvandadırlar?
Sərhəddə 67 yaşlı kişi yox, onların keşik çəkmələri düzgün deyilmi?
Biz insanlara yol göstərməliyik, onları inandırmalıyıq ki, bu vəziyyətdən çıxış yolu var. Biz bunu edə bilərik ”, – Tonoyan bildirib.
Xuraman Etibarlı