Ermənilər Oxçuçayı belə çirkləndirir – VİDEO

İki ölkə arasında transsərhəd çay olan Oxçuçay, Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesinin çirkab suları ilə davamlı olaraq hədsiz çirklənməyə məruz qalır.

Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin teleqram kanalına istinadən xəbər verir.

Qeyd olunub ki, Oxçuçayın ekosisteminin tamamilə məhv olmasına səbəb olan qurum və şirkətlər çayın çirkləndirilməsini dərhal dayandırmalıdırlar.