Ermənilər öz tanklarını atəşə tutub – MN

Məlum olduğu kimi, düşmənin 3 tankından ibarət tank kolonu gecə vaxtı Xankəndindən çıxaraq ön xəttə doğru irəliləyib. Lakin, ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qalıb.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatlara görə, “dəqiq” zərbə ilə 1 tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb.