!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilər Qarabağda qızlardan ibarət terroçular hazırlayır - ŞOK FAKTLAR

!Reklam – Yazi

Ermənilər Qarabağda qədim Xankəndi şəhərinin yaxınlığında, qadın terroçuların hazırlanmasını həyata keçirən Xristofer İvanyan adına hərbi gimnaziyada bu terroçuları hazırlayır.

Bu gimnaziya 2015-ci ildə açılıb. Rusiyada yaşayan erməni milyonçusu Levon Ayrapetyanın vəsaiti hesabına ərsəyə gələn bu gimnaziyada qızları 14 yaşından götürürlər. Gimnaziya 5 milyon dollara başa gəlib. Gimnaziyanın dağlarda bazası və sığınacaq mərkəzləri var. Qızlar bu gimnaziyada 20 yaşına qədər 6 il müddətinə əsl peşəkar kimi yetişdirlir. Maraqlıdır ki, bu gimnaziyada bir illik hazırlıq kursları var. Bu kursa 20-25 yaş arasında qızlar seçilir. 2016-cı ilin aprelində bu gimnaziyanın hazırladığı qızlardan da istifadə olunub. Hal-hazırda gimnaziyada 110 qız hazırlanır. Ermənilərin hərbi gimnaziya kimi təqdim etdikləri bu terrorçu hazırlanma mərkəzində müəllimlər Livandan gəlmiş keçmiş döyüşçülərdir.

Gimnaziyanın kursantı Anuş Avanesyan ın atası da hərbi gimnaziyanın müəllimidir. Gimnaziyanın direktoru “ASALA” terror təşkilatının əlaqələndiricisi olmuş Livan ermənisi Qarabağda döyüşdə yaralanmış polkovnik Vahram Hakobyandır. Hər il qəbul olunan 110 erməni qızından başqa bu gimnaziyaya ölkə xaricində olan erməni qızları da dəvət olunur və onlara xüsusi kurs keçirlər. Ehtimal ki, PKK tərkibində döyüşən erməni qızları burada hazırlanır. Çünki nəzarətsiz zona olan Qarabağda belə bir bazanın olması çox gizlinlərdən xəbər verir(news12.az)

www.yenicag.az

2217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv