Ermənilər Qarabağda Rusiya sülhməramlılarının müşayiəti altında qanunsuz daşımaları davam etdirir – VİDEO

Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini təşkil etməyə davam edir.

Yenicag.az xəbər verir ki, yayılan yeni videoda sülhməramlıların zirehli texnikasının müşayiəti ilə növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaları həyata keçirilməsi aydın görünür.

Qeyd edək ki, bundan öncə də dəfələrlə analoji hadisənin görüntüləri yayılıb.