Ermənilər rusları ZƏHƏRLƏMƏYƏ BAŞLADI – “Cermuk” şüşəsindən sirkə içən kişi ÖLDÜ – FOTO

Mineral su əvəzinə “Cermuk” butulkasına tökülən sirkəni içən 65 yaşlı təqaüdçü xəstəxanada dünyasını dəyişib.

Yenicag.az-ın xəbər verdiyi kimi, Şimali Osetiyada yaşlı kişi Ermənistanın “Cermuk” mineral suyunu içəndən sonra qida borusunda ağır yanıq xəsarətləri alıb.

Məlum olub ki, təqaüdçü “Cemruk” mineral suyunun əvəzinə sirkə içib.

O, təcili xəstəxanaya çatdırılasa da, həkimlər onu xilas edə bilməyiblər və xəstə həyatını itirib.

Qida borusundan ağır yanıq xəsarəti alan təqaüdçü əvvəlcə yerli xəstəxanaya göndərilib, sonra xüsusi təyyarə ilə son dərəcə ağır vəziyyətdə Sklifosovski adına Təcili Tibbi Yardım İnstitutuna aparılıb. Lakin həkimlər onu xilas edə bilməyiblər – daxili xəsarətlər çox ağır olub.

Rospotrebnadzor təhlükəsizlik sınaqları üçün Ermənistanın “Cermuk” markalı suyunun satışını qadağan edib.

 

Xuraman Etibarlı

COP29