“Arayik Arutyunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir”.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. Qəzet yazır ki, Arayik Arutyunyan yeni “qurum” yaratmaq qərarına gəlib.
“Bəziləri bu bəyanatı və hakimiyyətin son addımlarını onların Azərbaycanla dialoqa və bəzi məsələlərdə güzəştə getməyə hazır olması ilə izah edirlər. Onlar hesab edirlər ki, Arayik Arutyunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir, o, açıq şəkildə “inteqrasiya olunmaması” ilə bağlı deyilənlərə qoşulur, əslində isə gizli şəkildə inteqrasiya istiqamətində addımlar atır.
Artıq Rusiyanın dəstəyindən heç bir gözləntiləri olmadığı üçün onlar başa düşürlər ki, yalnız özlərinə arxalanmalıdırlar və Qarabağda qalan insanlar nə edəcəkləri ilə bağlı kollektiv qərar verməlidirlər. Bunu isə bir nəfər nə qədər yüksək vəzifə tutsa da, həll edə bilməz. Bu qurum 120 min insanın fikrini əks etdirməlidir”, – deyə qəzet bildirib.
Məsimə