!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənilər sülh yolu ilə torpaqları qaytarmayacaqlar” - Ekspert

!Reklam – Yazi

“Nikol Paşinyan Qarabağda özünü baş terrorist kimi apardı. Bildirdi ki, buranın ağası bizik”

Bu barədə QALİB-in sədri, ekspert Azər Verdiyev Paşinyanın mətbuat konfransında ifadə etdiyi sərsəm fikirlərə münasibət bildirərkən deyib? “O, beynəlxalq jurnalistlərin qarşısında bəyan etdi ki, tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib. Qorxaq bir dövlətin qarşısından niyə çəkinməliyik? Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı100 il belə olmağı arzulayırıq.”- Paşinyan belə deyib.

Təsəvvür edirsiniz bu fikirləri guya demokratik yolla hakimiyyətə gələn Paşinyan deyib. O, bird aha sübüt etdi ki, Ermənistan terrorçu və işğalı dövlətdir. Burada bəzi xırda məqamlar var. Əvvəla Paşinyan Qarabağ klanı ilə razılaşmaq məcburiyyətində idi. İkincisi isə rus politoloqların son dönəmlər Ermənistanla bağlı söylədikləri sərt fikirlər Paşinyanı düşünməyə vadar edib. Ermənistan faktiki olaraq Rusiyanın qucağında oturubdur. Bu birmənalı şəkildə belədir. Ancaq Rusiya bu dəfə ayıq davranacaq. Hər kəs bilir ki, Paşinyan bir Qərb projesidir. Üçüncü bir məqam isə Ermənistan büdcəsinə lobbiçilik fəaliyyətindən gələn vəsaitlə bağlıdır.

Paşinyan lobbi təşkilatlarının fikirlərini ifadə edəcək sözlər söyləməyə məcbur idi. Amma artıq kartlar açılıb. Bütün dünya gözəl bilir ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq ermənilər sülh yolu ilə torpaqları qaytarmayacaqlar. Bu mənada müharibə qaçılmazdır.(7news.az)

 

www.yenicag.az

1999
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv