Ermənilər Tərtərdə dinc sakinləri atəşə tutublar

9c3900c5c82e4b97c97adcc3bbe94e47Erməni silahlı bölmələri Tərtərdə mülki vətəndaşları atəşə tutub.

Hadisə bu gün qoşunların təmas xəttinin Tərtər rayonunun Qaradağlı kəndi istiqmətində qeydə alınıb.

Qaradağlı kəndinin atəşə tutulması nəticəsində dinc əhali arasında xəsarət alan olmasa da, kənd sakini Qabil Həmidovun traktoruna güllə dəyib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Tərtər cəbhəsindəki təmas xəttində monitorinq zamanı da ermənilər atəşkəsi pozmuşdular.