Ermənilər Tərtərdəki toy çadırını atəşə tutdu-Fotolar

108081_res_01Azərbaycanın Tərtər rayonunda Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində 3 nəfər yaralanıb.

Hadisə rayonun təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində baş verib.

Belə ki, kənd sakini Barat Süleymanovun övladının kicik toy mərasimi zamanı ermənilər toy mağarını atəşə tutub. Hadisə nəticəsində toyda iştirak edən Müşkünaz Əliyeva və Mədinə Tanrıverdiyeva bacıları və 3 yaşlı Zəhra Əlizadə güllə yarası alıb.

Hər üç yaralı xəstəxanaya yerləşdirilib(report).