Ermənilər üçün Şengen vizası almaq çətinləşib

Ermənistan vətəndaşları üçün Şengen vizalarını almaq çətinləşir.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV yazıb.

“Hökumətimiz Avropaya getmək barədə nə qədər çox danışırsa, Ermənistan vətəndaşları üçün Şengen vizalarını – Aİ ölkələrinə giriş icazəsini almaq bir o qədər çətinləşir. İnsanlar istənilən Qərb səfirliyinə girmək üçün növbəyə durur, içəri girmək və rədd edilmək üçün aylarla gözləyirlər. Məsələn, 2023-cü ilin dekabrını gözləyənlər bu günlərdə Almaniya səfirliyinə daxil olurlar. 2 həftədən sonra adam yenidən gedir, növbəyə durur və pasportu alır, ancaq Şengen vizasının verilmədiyini və ya sadəcə 10 günlük giriş icazəsi verdiyini görür”, – məlumatda deyilir. /unikal

COP29