Ermənilər XƏYAL QIRIQLIĞINDA: “Rusiya sülhməramlılarından gözləntilərimiz özünü doğrultmadı”

“Rusiya sülhməramlılarından gözləntilərimiz özünü doğrultmadı”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan son müsahibəsində bildirib.

“Rusiya sülhməramlılarına gəlincə, Stepanakertdə (Xankəndi – red.) mövcud olan gözləntilər özünü doğrultmadı. Problemlərdən biri də odur ki, Laçın dəhlizinin bağlanması çox ciddi problemdir. Üçtərəfli bəyannaməyə əsasən, Azərbaycanın Laçın dəhlizində olması nəzərdə tutulmayıb və sülhməramlıların vəzifəsi Laçın üzərindən sərbəst hərəkəti təmin etmək olub. Bu gün belə bir hərəkət yoxdur və biz sülhməramlıların öz missiyasını tam şəkildə yerinə yetirməsini gözləyirik”, – Qriqoryan deyib.

Məsimə