!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərdən anti-İsrail propaqandası - "Səfirlik istəmirik"

!Reklam – Yazi

Ermənistan hökumətinin İsraildə səfirlik açması barədə qərarı xüsusi ilə Livan, Suriya və İran olmaqla, Yaxın Şərq regionu ölkələrində yaşayan erməni icmalarının ciddi narahatlığına səbəb olub. 

Yenicag.az xəbər verir ki, Ermənistanın “Jamanak” nəşri iddia edir ki, hazırda bu ölkələrdə olan erməni partiyaları və icmaları yeni reallıqda necə hərəkət etmələrinə dair məsləhətləşmələr həyata keçirir.

“Bu ölkələrdə olan erməni icmalar narahatdırlar ki, İsraillə diplomatik əlaqələrin qurulması yaşadıqları ölkələrin rəhbərliklərinin onlara qarşı müsbət münasibətini dəyişə bilər”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, sentyabrın 19-u Ermənistan hökumətinin iclasında İsrailin Təl-Əviv şəhərində səfirliyin açılması barədə qərar verilib.

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan İsraildə səfirliyin açılmasının ikitərəfli əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcəyini bildirib: “Bu addım Ermənistanın Yaxın Şərqdəki maraqlarını qorumağa və orada təmsilçiliyini genişləndirməyə yönəlib”./Sputnik Azərbaycan/

www.yenicag.az

4698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv