Ermənilərdən daha bir OĞURLUQ: Bu dəfə “Kim bilir”ə əl uzatdılar – VİDEO

Daha bir mahnımız ermənilər tərəfindən oğurlanıb.

Yenicag.az xəbər verir ki, musiqisi Rəvan Habilloğluna, sözləri Kənana məxsus olan “Kim bilir” mahnısı erməni müğənni tərəfindən ifa olunub.

Bu azmış kimi, mahnıya klip də çəkilib.

Klip sosial şəbəkələrin erməni seqmentində yayımlanıb.

Qeyd edək ki, sözügedən mahnı 2003-cü ildə Xalq artisti Eyyub Yaqubov tərəfindən oxunub və mahnının klip versiyası da hazırlanıb.

Videonu təqdim edirik:

Cəvahir

COP29