!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənilərə çağırış edirlər ki, kənddən çıxanda hərə öz evində bir donuz kəsib oraları murdarlasın” – ŞƏRH

!Reklam – Yazi

“Onların boşaltmalı olduqları kəndlərdən çıxmamaları, yaxud buna müqavimət göstərmələri mümkün deyil”.

Bu fikirləri Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsindən sonra ərazidəki erməniləri oraları tərk etməkdən çəkindirmək cəhdlərinə münasibət bildirən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.Professorun sözlərinə görə, təhrikçi provokatorlardan fərqli olaraq, Ermənistan hakimiyyəti bu prosesin dönməz xarakter aldığını bilir:

“Bəli, Azərbaycan tərəfindən Laçın dəhlizinə alternativ yolun artıq inşa edilməsi ərazidə məskunlaşan ermənilərin bir sıra yaşayış məntəqələrini boşaltması tələbini ortaya gətirib və bu məsələ Ermənistanda da geniş müzakirə olunmaqdadır.

Mən erməni mediasını izlədikdə görürəm ki, son günlər Zabux və digər kəndlərdə yaşayan ermənilərin fikirlərinə yer verirlər, onların “özünümüdafiə dəstə”ləri yaratmaq və o ərazilərdən çıxmamaq niyyətləri haqda yazırlar.

Ancaq, təbii ki, bu hazırlıqlar məlum üçtərəfli bəyanat əsasında həyata keçirilir və ermənilərin boşaltmalı olduqları kəndlərdən çıxmamaları, yaxud buna müqavimət göstərmələri mümkün deyil.

Digər tərəfdən, bəzi şəxslər də bu məsələdə təhrikçi mövqe tuturlar. Məsələn, Vardan Qukasyan adlı bir bloqer erməni və rus dilində müraciət hazırlayaraq erməniləri öz kəndlərindən çıxmamağa çağırış edib. O deyib ki, kənddən çıxsanız belə, hərə öz evində bir donuz kəsib oraları murdarlasın. Yəni bu cür iyrəncliyə də əl atılır.

Amma o ərazilərdəki ermənilərdən fərqli olaraq, Ermənistan hakimiyyəti prosesin dönməz xarakter aldığını bilir və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyin vacibliyini dərk edir. Ona görə də hesab edirəm ki, bu proses nəzərdə tutulan müddətdə başa çatdırılacaq”.

A.Zeynalov

www.yenicag.az

2262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv