!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənilərə qucaq açan Belarusdakı “diaspor liderimiz”: Azərbaycan musiqisinə qadağa qoyub - FOTO

!Reklam – Yazi

Belarusdakı Azərbaycan diasporunun liderlərindən biri öz soydaşlarımıza qənim kəsilib.

Yenicag.az xəbər verir ki, Belarusda fəaliyyət göstərən Azərbaycan diasporunun əsas fiqurlarından biri sayılan “Azərbaycan icmaları konqresi” sədrinin müavini Baxşı Qəmbərov ermənilərə “qardaşlıq sevgisi” ilə diqqət mərkəzinə düşüb.

Sosial şəbəkələrdə yayılan məlumata əsasən, bu il oktyabrın 18-də – Azərbaycanın dövlət müstəqilliyinin bərpa günü – Minskdə Qəmbərova məxsus “Mulen Ruj” əyləncə mərkəzində erməni müğənni Quram Amaryanın canlı konserti olacaq.

Ancaq bu, Qəmbərovun ermənilərə rəğbətinin yeganə təzahürü deyil. Diaspor lideri sahibi olduğu əyləncə mərkəzində Azərbaycan musiqisinə birmənalı qadağa qoyub.

Ən acınacaqlısı budur ki, soydaşlarımıza qapını göstərərək, ermənilərlə “qardaşlaşan” Qəmbərov Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Belarusdakı diasporumuzun liderlərindən biri kimi tanınır və qəbul edilir.

Ölkənin xarici siyasət idarəsinun status verdiyi diaspor rəhbərlərinin reallıqda nə işlə məşğul olduqlarını bilib-bilmədiyi çox maraqlıdır…

www.yenicag.az

1935
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv